Cavad Zərif: "İranın səbir kasası dolub"
Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İran İslam Respublikasının nüvə sazişinə sadiq olduğunu təsdiqləyib.
ONA İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində bildirib.
O, İsrail baş naziri Benyamin Netanyahunu, ABŞ prezidenti Donald Trampı və onların müttəfiqlərini İran haqqında yalan məlumatlar yaymaqda günahlandırıb. Bildirib ki, İranın səbir kasası artıq dolub.
Ötən gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Yukiya Amano İranın nüvə öhdəliklərini yerinə yetirdiyini və bu əməkdaşlığın davam etməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, bu il fevralın 14-də Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə sazişinə sadiqliyini təsdiqləmişdi. Ötən ilin may ayında ABŞ prezidenti Donald Tramp nüvə sazişindən çıxaraq, İrana qarşı yenidən sanksiyalar tətbiq etmişdi. Həmin sanksiyalar nüvə sazişinə uyğun olaraq ləğv edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub