Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş briqada” təlimləri davam edir.

Minval.info-nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsindəki paylaşımında deyilir.

Paylaşımda qeyd olunur ki, “Qardaş Briqada Layihəsi” çərçivəsində Azərbaycan birliklərinin təlimləri Çanaqqaladakı 18-ci Mexaniki Piyada Briqada Komandanlığında davam edir”.