Cəlilabadda polis əməkdaşı yol qəzasına düşüb, Bakıya göndərilib
Cəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda “VAZ-21214” markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosuna polis əməkdaşının vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə təxliyə edildiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur