Cəlilabadda dəhşət - Əmisi oğluna məcburi ərə verilən məktəbli qız intihar etdi

Cəlilabad rayonunda əmisi oğluna məcburi olaraq ərə verilən 16 yaşlı qız intihar edib.
İnterpress.az xəbər verir ki, hadisə rayonun Bayxanlı kəndində baş verib.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.
İnterpress.az-ın əldə etdiyi məlumatlara görə, A.Kamranova əmisi oğlu ilə adaxlı olub. Amma, o, əmisi oğlu ilə ailə qurmaq istəmədiyini və öz sevgilisinin olduğunu bildirib. Buna məhəl qoymayan valideynləri 16 yaşlı qızı əmisi oğluna məcburi ərə vermək istəyiblər. Aytac isə belə olan təqdirdə sevgilisinə qoşulub qaçacağı ilə bağlı valideynlərinə xəbərdarlıq edib.
Bundan sonra qohumlar arasında münaqişə baş verib. Amma münaqişə öz həllini tapmadığı üçün A.Kamranova intihara əl atıb.
Qeyd edək ki, K.Aytac Bayxanlı kənd tam orta məktəbin 10-cu sinifində oxuyurmuş.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi