07.03.2019 - 23:45
Kriminal 5 baxış

Cəlilabadda 10 yaşlı uşağın ölümü ilə bağlı araşdırma başlayıb

Cəlilabad Rayon Prokurorluğunda 10 yaşlı uşağın ölümü ilə bağlı araşdırma başlayıb.

Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, Cəlilabad rayon, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Çingiz oğlu Mustafayevin hərarəti qalxıb. Ona tibb bacısı tərəfindən antibiotik vurulduqdan sonra halı pisləşib və bundan sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq uşağın öldüyü məlum olub. Onun ölümünə səbəb kimi antibiotikin sınaq qoyulmadan vurulması göstərilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: