Çəkiliş vaxtı Saakaşvilinin xanımına hücum etdilər
Gürcüstanın Zuqdidi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa hücum ediblər.
Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, insident müxalifətdən şəhər merliyinə namizədliyini irəli sürən Sandranın “Odişi” kanalının jurnalistləriylə seçki kampaniyası haqda reportajı zamanı yaşanıb. Bir neçə nəfər Rulovsun ünvanına təhqirlər səsləndirərək çəkiliş qrupuna hücum edib. Onlar daha sonra qaçmağa müvəffəq olublar. Daxili İşlər naziri Georgi Qahariya hazırda hücumun səbəblərini araşdırdıqlarını bildirib.
Qeyd edək ki, Sandra Rulovs 2004-2013-cü illərdə ölkənin birinci xanımı olub. 2014-cü ildə Saakaşviliyə qarşı bir neçə maddə üzrə cinayət işi açılıb. Ona qarşı axtarış elan olunub.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək