Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur.
Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. Koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur.
İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir. 4-cü gün Boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır. 5-ci gün Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur. 6-cı gün Quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir.
Ürək bulanması və qusma çoxalır. 7-ci gün Qızdırma 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. 8-ci gün Nəfəs almaq çox çətinləşir. Döş qəfəsində şiddətli ağrılar baş verir. Öskürən zaman baş, əzələ ağrıları hiss olunur. 9-cu gün Bütün simptomlar şiddətlə artır, üz və ya dodaqlar göyərir… Qeyd edək ki, bu simptomları özünüzdə müşahidə etdiyiniz təqdirdə dərhal təcili tibbi yardıma müraciət edin. ///axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq