İnsanlığın kainatdan silinməsi fərqli şəkildə mümkündür. Günümüzdə daha çox böyük bir meteoritin dünyaya düşməsi və ya yadplanetlilərin istilası kimi mövzular danışılır, amma daha real təhlükələri görmürük.
İnsanlıq üçün hesab olunan təhlükələr – Vulkanlar; 1815-ci ildə İndoneziyadakı Tambora vulkanı püskürdüyündə 79 milyondan çox insanın ölümünə səbəb oldu. Bu hadisə nəticəsində günəş işıqlarının miqdarı azaldı və o il “yazsız il” olaraq tarixə keçdi. O əsr üçün bütün dünyaya böyük qorxu gətirsə də, 2019-cu ildə vulkan püskürməsi və ya dünyaya asteroidin düşməsi kimi təbii fəlakətlərin yaşanması riski yox dərəcəsindədir.
Qlobal risklər; Dünya Sağlamlıq Təşkilatı (ÜST) və Dünya İqtisadi Forumuna görə 2019 ili üçün ən böyük təhlükə iqlim dəyişikliyidir. BMT bu təhlükəni illər öncə qlobal risk olaraq qəbul edib. “BBC-nin” tanınmış sənədli film mütəxəssisi David Attenborq deyir ki, “İqlim dəyişikliyi dünyanın əsrlərdir qarşılaşdığı ən böyük təhlükədir. Bunun nəticəsində mədəniyyətimiz məhv ola bilər”.
İstiliyin artması və dəniz səviyyəsinin yüksəlməsi, epidemiyalar və s. bilinən ən böyük təhlükələrdəndir. Digər tərəfdən süni intellekt və yeni texnologiyaların yaranması bizim üçün təhlükə hesab oluna bilər.
Qlobal epidemiyalar; Hər il, qrip epidemiyası orta hesabla 700.000 insanın ölümünə səbəb olur və qlobal iqtisadiyyat ildə 500 milyard dollar itirmiş olur. Dünyada 8 milyard insan yaşayır və bizlər, gün keçdikcə həyatda qala bilmə savaşı aparırıq.
2010-cu ildə İslandiyada Eyjafjallajökull vulkanı püskürdüyündə ölən olmasa da, Avropanın əksər hava limanları 6 gün fəaliyyətini dayandırmışdı. 2017-ci ildə «WannaCry» virusu dünyadakı fərqli təşkilatların qismən bağlanmasına səbəb olmuşdu. Bu gün demək olar ki, hər şey elektrik, kompüter və internetdən asılıdır.
Bu sistemlərin nüvə partlayışı və ya günəş partlaması nəticəsində zərər görməsi, böyük təhlükələrə yol açacaqdır.
Aysel Fətullayeva
Minval.İnfo



































