Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qadın intihara cəhd edib.

Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü A.M özünü dənizə atıb.

Yaxınlıqdakı insanların köməkliyi ilə dənizdən çıxarılan və 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.