Son illər pandemiya səbəbi ilə Həcc ziyarətləri təxirə salınır. Bu il isə əvvəlki illərə nisbətən karantin qaydaları xeyli yumşaldılıb. Bəs belə bir vəziyyətdə istəkli müsəlmanlar Həcc ziyarətinə gedə biləcəklərmi?

Lent.az-a bu sualın cavabını Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangirdən öyrənib. O bildirib ki, rəsmi məktubu gözləyirlər:

“Biz bununla bağlı Səudiyyə Ərəbistanı Krallığından rəsmi məktub gözləyirik. Amma hələ gəlməyib, ona görə də Həcc ziyarətinin olacağı ilə bağlı dəqiq cavab verə bilmirik. Çox güman ki, gələn həftə bizə rəsmi cavab gələcək”.