“Bu axmaq Amerikaya xəyanət edir” – Makkeyn Tramp haqda

Bu, ABŞ prezidentləri tarixində sərginlənən ən untancverici performans idi. O, Helsinkidə özünü axmaq kimi apardı.
Teleqraf.com xəbər verir ki, Rusiya və ABŞ prezidentləri arasında keçirilmiş görüşə münasibət bildirən senator Con Makkeyn belə deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Rusiyanın 2016-cı ildə keçirilmiş seçkilərə müdaxilə etmədiyini açıqlayıb.
ABŞ kəşfiyyatını nəzərdə tutan Tramp bununla bağlı jurnalistlərin sualına cavabında deyib: “Onlar Rusiyanın müdaxilə etdiyini deyirlər. Prezident Putinlə görüşümdə bunun arxasında ölkəsinin dayanmadığını dedi. Məncə də, orada Rusiya dayanmamışdı”.
Trampın bu açıqlaması ABŞ Milli Kəşfiyyat İdarəsi və Konqresinin kəskin etirazına səbəb olub.
Ən kəskin etirazı isə Konqres üzvü Con Makkeyn edib. Prezidenti eqoist və axmaq adlandıran senator Helsinki görüşünün Amerika tarixinin faciəsi olduğunu deyib: “Bu axmaq Amerikaya xəyanət edir. Tramp xaindir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma