“Bravo” bu səhvə görə üzr istədi - FOTO
“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.
Minval.İnfo xəbər verir ki, “Bravo Supermarket Azərbaycan” şirkəti bununla bağlı açıqlama yayıb:
“Hörmətli həmvətənlərimiz!
Marketlərimizdən birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik. Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılmışdır.
Biz Bravo – cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq. Hər birinizə Ramazan ayının xoş keçməsini və imanınızın güclü olmasını arzulayırıq! Allah orucunuzu qəbul etsin!”
Qeyd edək ki, marketlərdən birində endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qüdrət Həsənquliyev: "Qadınları işlədib, günə 8 manat verirlər”
“Kəskin karantinə getmədən yoluxmanın qarşısını ala bilirik”
Valideynləri işsiz kimi qeydiyyatdan keçən tələbələrin nəzərinə!
Bu qurumlar maşınlarını satır - QİYMƏT
Bakıda qəribə hadisə - Yerdə oturub "Məni dəlixanaya aparın" dedi (VİDEO)
