18.03.2019 - 21:21
Türk əsgərləri Afrin bölgəsində
Region 3 baxış

Bölgəmizdə terror təhlükəsinə qarşı mühüm plan: Müştərək hərbi əməliyyat keçiriləcək

Türk əsgərləri Afrin bölgəsində

Türkiyə və İran iki ölkə sərhədində birgə əməliyyat keçirməyi planlaşdırır. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Tehranda keçirilən mətbuat konfransında İranın daxili işlər nazirinin müşaviri Hüseyn Zülfikari deyib.

“Türkiyə ilə ortaq sərhədin qorunması üçün birgə tədbirlər görürük. Türkiyə-İran sərhədində birgə əməliyyat həyata keçirəcəyik. Sərhəddə ümumi olaraq bir problem yoxdur” – deyə Zülfikari bildirib.

Xatırladaq ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu da İranla birgə önəmli planı həyata keçirdiklərini dilə gətirmişdi: “İranlılar gəldilər, vəziyyəti dəyərləndirdik. İnşallah, birlikdə əməliyyat keçirəcəyik. Bunu ilk dəfə deyirəm ki, İranla PKK-ya qarşı birlikdə əməliyyat keçirəcəyik”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: