24.08.2026 - 13:30
Dünya 33 baxış

BMT yeni baş katib seçə biləcəkmi?

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni baş katib seçmək üçün hazırlıqlara başlayıb. Hazırkı baş katib Antonio Quterreşin ikinci beşillik mandatı 2026-cı ilin dekabrın 31-də sona çatacaq.

Minval.info xəbər verir ki, BMT-nin növbəti baş katibinin kim olacağı ilə bağlı müzakirələr artıq Təhlükəsizlik Şurasında mühüm mərhələyə çatıb. Namizədin seçilməsi üçün Təhlükəsizlik Şurasının razılığı tələb olunur. 15 üzvdən ibarət olan Şurada namizədin ən azı 9 səs toplaması və daimi üzvlərdən heç birinin – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın – veto qoymaması vacibdir. Şuranın tövsiyəsindən sonra namizədin Baş Assambleya tərəfindən təsdiqlənməsi gözlənilir.

Hazırki beynəlxalq şəraitdə Qərblə Rusiya arasında münasibətlərdəki gərginlik BMT-nin yeni baş katibinin seçilməsini çətinləşdirə bilər. Siyasi şərhçi Qulamhüseyn Əlibəyli mövcud geosiyasi durumda BMT-nin yeni baş katibinin seçilməyəcəyi ehtimalını nəzəri cəhətdən mümkün hesab edir. O, qeyd edir ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün hər birinin razılığı tələb olunur və tərəflərdən biri veto qoyarsa, namizəd seçilməyəcək. Lakin daimi üzvlərdən biri səsvermədə iştirak etməyərək veto hüququndan istifadə etməsə, namizəd Ali Baş Məclisdə səsverməyə çıxarıla bilər.

Bununla belə, Əlibəyli BMT-nin baş katibsiz qalması ehtimalını cüzi hesab edir. O, Rusiya Təhlükəsizlik Şurasında təmsil olunduğunu və son dövrlərdə öz maraqları ilə əlaqədar olmayan məsələlərdə veto hüququndan istifadə etmədiyini vurğulayır. Buna görə də, yeni baş katibin seçilməsi çətin olsa da, baş tutma ehtimalı daha yüksəkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: