BMT baş katibi: “Soyuq müharibə” qayıdıb

BMT baş katibi Antoniu Qutteriş beynəlxalq münasibətlərdə “Soyuq müharibə”nin geri qayıtdığını bildirib.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Qutteriş BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, “Soyuq müharibə” qayıtsa da, keçmişdə olduğu kimi gərginliyin artmasının qarşısını almaq üçün nəzarət mexanizmi artıq yoxdur.
BMT baş katibi Yaxın Şərqdəki vəziyyətin beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb: “Yaxın Şərqdə xaos dünyada sülh və təhlükəsizliyi təhdid edəcək miqyasdadır”.
A. Qutteriş onu da qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqi barədə ittiham peşəkar və müstəqil tədqiqatın aparılmasını tələb edir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır