Biri direktor olmaqla 15 nəfər İŞDƏN ÇIXARILDI
Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.
Minval.info xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, aparılan yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda bildirilib ki, hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda qurumuş ağac təhlükə saçır
Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir
Bakı yollarında yenidən sıxlıq: Hansı küçələrdə?
Kəndlər boşalır: Bakıya köçün səbəbləri nədir?
Bağça uşağında psixotrop dərman şoku!
Azərbaycanda zəlzələ riski: Seysmik vəziyyət nəzarətdədir?