07.08.2026 - 14:31
İqtisadiyyat 27 baxış

Birbank biznes mikro kreditlərdə inqilab edir: 5%-lik endirim fürsətini qaçırmayın!

Birbank Biznes, fərdi sahibkarlar üçün mikro biznes kreditlərində yeni endirim kampaniyasına start verir. 6 avqustdan 31 avqust 2026-cı il tarixinədək Birbank Biznes tətbiqi vasitəsilə kredit müraciəti edən müştərilər 5%-dək endirimdən yararlana biləcəklər.

Minval.info xəbər verir ki, kreditin rəsmiləşdirilməsi tamamilə onlayn şəkildə həyata keçirilir və bu prosesdə nə zamin, nə girov, nə də əlavə sənədlər tələb olunur. Bu, sahibkarlara vaxt itirmədən maliyyə vəsaitinə çıxış imkanı yaradır.

Mikro biznes kreditləri, VÖEN-ə malik fiziki şəxslər üçün nəzərdə tutulub və ticarət, istehsal, xidmət, gözəllik sahəsi, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün əlçatandır. Kredit məbləği 500 manatdan 50,000 manatadək dəyişir və tam rəqəmsal şəkildə əldə edilə bilər.

Birbank Biznes-in rəqəmsal həlləri sayəsində kredit müraciətləri sürətlə qiymətləndirilir və seçilmiş müştərilər bir neçə dəqiqə ərzində vəsaiti əldə edə bilirlər. Bu, sahibkarlara bizneslərini inkişaf etdirmək üçün operativ maliyyə dəstəyi təmin edir.

Birbank Biznes, Kapital Bank-ın əmtəə nişanı olaraq, sahibkarlara innovativ və rahat məhsullar təqdim edir. Müştərilər hər hansı bir sual yaranarsa, canlı çat vasitəsilə dəstək ala bilərlər. Ətraflı məlumat üçün buraya keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: