Beş il əvvəl yoxa çıxan təyyarə tapıldı - FOTO
Kuala Lumpur – Pekin aviareysini həyata keçirmiş Malaziyanın MH 370 təyyarəsi 2014-cü ilin 8 martında Hind okeanı üzərində itmişdi.
227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarə bir neçə ölkənin də iştirak etdiyi axtarışlara rəğmən, tapılmamışdı.
İtkin düşmüş təyyarənin axtarışlarını həyata keçirən həvəskar araşdırmaçı, ingiltərəli Vilson üç il öncə “Google”un xəritəsində Kamboca ətrafında təyyarə aşkarladığını iddia etmişdi.
Lan Vilsonun iddialarını araşdırarkən, “Google”un xəritəsində aşkar edilən cismin hərəkət halında olduğu müəyyənləşdirilib.
Aradan üç il keçəndən sonra Vilson iddialarına sadiq qalaraq, “Google”un xəritəsində təyyarənin Kambocada bir dağın üzərində olduğunu bildirib. Ekspertlər xəritədə görünən təyyarənin müharibə zamanından qaldığını ehtimal edirlər.
Ötən il təyyarəni təsbit etdiyi bölgəyə yollanan Vilson həyatını itirmək təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, növbəti dəfə sözügedən ərazidə axtarış etmək niyyətindədir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ