Ben Afflek 1 milyon dollar qazandı
Hollivudun parlayan ulduzu Ben Afflek, “Kim milyonçu olmaq istəyir?” adlı məşhur televiziya şousunda qalib gələrək 1 milyon dollar mükafat qazandı.
Minval.info xəbər verir ki, bu əfsanəvi buraxılış “YouTube” platformasında yayımlandı və geniş maraq topladı. Aktyor, daha əvvəl “Jeopardy!” viktorina proqramının daimi qalibi olan Ceymi Dinq ilə birlikdə bu möhtəşəm qələbəni əldə edib.
Qazandığı mükafat, Ben Afflekin Uitni Uilyams ilə birgə təsis etdiyi “Şərqi Konqo Təşəbbüsü” xeyriyyə fonduna yönləndiriləcək. Final mərhələsində iştirakçılar, ABŞ-da Şükran Günü ənənəsinə uyğun olaraq əfv edilən hinduşkalardan birinin istisna olduğu sualı cavablandırıblar. Bu sualı düzgün cavablandırmaq üçün iki ipucu istifadə edilib.
Qeyd edək ki, Ben Afflek, Cennifer Lopezlə boşanması ilə bağlı da ilk dəfə açıqlama verərək, keçmiş həyat yoldaşına böyük hörmətlə yanaşdığını ifadə etmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır