Bayram günlərində milli parklara gedən turistlərin sayı açıqlandı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib.
Bu barədə “Minval.info”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Arzu Səmədova bildirib ki, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib ki, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır:
“Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır”.
A.Səmədovanın sözlərinə görə, vətəndaşlarımız və Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır:
“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur