Bayden və Si Cinpin ABŞ-Çin hərbi təmaslarının bərpasını elan edəcəklər

Noyabrın 15-də ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpin iki ölkənin müdafiə qurumları arasında təmasların bərpa olunacağını elan etmək niyyətindədirlər.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Çinin xarici işlər naziri Van İ paytaxt Vaşinqtona son səfəri zamanı açıq şəkildə Pekinin iki ölkənin müdafiə nazirlikləri arasında rabitə kanallarını bərpa etməyə hazır olduğunu açıqlayıb.
Portal xatırladıb ki, Konqresin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin (Kaliforniya ştatından demokrat) Tayvana səfərinə etiraz olaraq 2022-ci ildə fəaliyyətini dayandırdığı bu kanalların işini bərpa etmək Ağ evin əsas prioritetlərindən biridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır