
“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Minval.info-nun əldə etdiyi məlumata görə, o, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Minval.info-ya faktı təstiqləyiblər.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.


































