Bakıya leysan və şimşək gəlir!
Avqustun 30-da Bakıda və Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin yağıntılı keçəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə saatlarında isə qısamüddətli leysan xarakterli yağışlar və şimşək çaxması ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 65-70%, gündüz 45-50% arasında dəyişəcək.
Ölkənin şimal və qərb rayonlarında da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu bölgələrdə leysan xarakterli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026