Bakıda ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.Qəza zamanı 7 avtomobilə ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerinə gəlib. Baş verən qəzaya görə prospektdə tıxac yaranıb.

Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.

Musavat.com