Bakıda ay ərzində təkrar mənzil bazarında qiymətlərdə cüzi artım, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində təkrar mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1702 manatdan 1708 manata qədər artıb (0.35 faiz artım). İl ərzində isə artım 7.29 faiz təşkil edib.