02.06.2020 - 15:12
Foto 1 baxış

Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO

Azərbaycanın və Qafqazın böyük ticarət mərkəzlərindən biri olan “Dəniz Mall” bu gündən fəaliyyətə başlayıb.

BAKU.WS xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

“Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, “Dəniz Mall” 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən, bir müddət daha fəaliyyət göstərməyəcək”.

“Dəniz Mall” Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: