
Bakının Nizami rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
1953-cü il təvəllüdlü Məmmədov Tərlan Eyyub oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


































