Bakıda yaşayan Naxçıvan sakinlərinə - Şad xəbər
Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?