Bakıda və bölgələrdə küləkli hava gözlənilir
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bəzi bölgələrində küləkli hava şəraiti gözlənilir. Bu səbəbdən sarı və narıncı xəbərdarlıq elan edilib.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Cəbrayılda isə şərq küləyi əsəcək. Bu bölgələrdə küləyin sürəti 13.9-20.7 m/san arasında dəyişəcək.
Goranboy, Naftalan, Culfa və Ordubadda isə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək və küləyin sürəti 20.8-28.4 m/san-dək çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026