Bakıda uşaq oğurlamaq istəyən şəxs peyda oldu: “Uşağa “kinder” alacağını bildirib…” – VİDEO
Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Bu barədə Bizimyol.info-ya azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında “Albalı” uşaq bağçasının yaxınlığında meydana gəlib. Evə gələn Tuncay Məmmədov atasına onu oğurlamaq istədiklərini bildirib.
R.Məmmədov bildirir ki, əvvəlcə ona inanmayıblar. Lakin bağçanın mühafizəçisi də uşağın dediklərini təsdiqləyib. Bundan sonra o,102 polis xidməti ilə əlaqə saxlayıb. Polislər yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləmək istəsələr də sahibi orada olmadığından buna nail ola bilməyiblər.
Azyaşlı atasına həmin hadisəni danışarkən bildirib ki, oğurluq etmək istəyən şəxs ona “kinder” alacağını bildirib. Həmin şəxsin hərəkətlərindən qorxan uşaq qaçaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, R.Məmmədov 102 polis xidməti ilə əlaqə saxladıqlarını, lakin rəsmi ərizə ilə polisə müraciət etmədiklərini bildirib.
https://www.youtube.com/watch?v=qQnhCuCvifw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəhşətli qəza: Sürücü tanınmaz hala düşdü – VİDEO (+18)
"Omikron" ştamının 4 gizli ƏLAMƏTİ
"Ai-92"nin keyfiyyətində problemlər var
"Qırmızı cizgiləri aşan İran oldu"
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir
Fəzail Ağamalının qızı Bakıda böyük obyekt tikdirir – Fotofakt
Bayramqabağı qiymətlərlə bağlı XƏBƏRDARLIQ
