Bakıda temperatur 29 dərəcəyə enəcək!
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə saatlarında 21-24° isti, gündüz isə 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% arasında dəyişəcək.
Azərbaycanın digər rayonlarında hava şəraiti əksər hallarda yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv yağışların olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kişi ət tikəsindən boğulub öldü
Bakıda lüks villa 12 milyona satışda!
Tvente Qarabağı məğlub edərək mərhələni keçdi
Bakının bəzi ərazilərində işıq kəsintisi olacaq!
Qarabağ-Tvente oyunu hansı kanalda yayımlanacaq?
Köhnə 1 dollar əskinazı sizi zəngin edə bilər
Influencer reklamlarında yeni dövr: Yalanlar ifşa olunur