03.10.2026 - 13:05
Bakıda sabah yağış yağacağı ehtimalı var
Ölkə 2 baxış

Bakıda sabah yağış yağacağı ehtimalı var

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də hava şəraitinin dəyişkən olması gözlənilir. Arabir yağış yağacağı ehtimal edilir, bəzi yerlərdə isə qısamüddətli leysan xarakterli olması mümkündür. Səhər saatlarından etibarən yağışın kəsilməsi gözlənilir. Mülayim şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 12-14° C arasında dəyişəcək, gündüz isə 16-18° C arasında olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın digər rayonlarında da oxşar hava şəraiti müşahidə ediləcək. Bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv yağışların düşəcəyi, şimşək çaxacağı və dolu yağacağı ehtimal edilir. Dağlıq ərazilərdə qar yağışı da mümkündür. Gün ərzində yağıntıların tədricən kəsilməsi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 11-14° C, gündüz 15-20° C arasında, dağlıq ərazilərdə isə gecə 0-5° C, gündüz 6-10° C arasında dəyişəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: