Bakıda Sabah hava sürprizlərlə dolacaq: Yağış və küləyə hazır olun!
Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağışın yağma ehtimalı mövcuddur. Gündüz saatlarında isə mülayim şimal-qərb küləyinin ara-sıra güclənəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % arasında dəyişəcək.
Azərbaycanın digər rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə qısamüddətli leysan xarakterli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında dağlıq və dağətəyi ərazilərdə yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Minimum əməkhaqqı 660 manata yüksəlir?
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!
Yasamalda qurumuş ağac təhlükə saçır
Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir
Bakı yollarında yenidən sıxlıq: Hansı küçələrdə?