Bakıda qadından pul tələb edən şəxslər saxlanılıb.

“Minval.İnfo”ya DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ondan hədə – qorxu gələrək 25.000 manat pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırma nəticəsində onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Minval.İnfo