Bakıda peyvənd olunan təhsil işçilərinin sayını AÇIQLANDI

“Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir”.
Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva AZƏRTAC-a müsahibəsində deyib.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
M.Vəliyeva ölkədəki yoluxma dinamikası, mövcud durum dəyərləndirilərək verilən qərara əsasən, ənənəvi təhsilin mərhələli şəkildə təşkil olunacağını deyib:
“Qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var. Sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaq”.
Əlavə olaraq o, təhsil işçilərinin vaksinasiyasının da əyani tədrisə keçid üçün qarşıya qoyulan əsas məqsəd olduğunu qeyd edib:
“Sevindirici haldır ki, paytaxtın təhsil işçilərinin 80 faizə yaxını, daha dəqiq desək, 28 min 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?