Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb
Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Minval.info”ya bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub.
Daha sonra onlar bələdiyyə ilə MMC arasında bağlanan müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?