Bakıda leysan yağışları: İki gün davam edəcək
Azərbaycanda avqustun 30-u axşam saatlarından etibarən sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında bu müddət ərzində yağışın leysan xarakterli olacağı, bəzi yerlərdə isə şimşək çaxacağı gözlənilir. Xüsusilə avqustun 31-i axşam saatlarında yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimal edilir.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da qeyri-sabit hava şəraiti sentyabrın 1-dək davam edəcək. Bəzi bölgələrdə fasilələrlə yağış yağacaq, yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Proqnozlaşdırılan yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarında qısamüddətli sel keçməsi ehtimalı da istisna edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026