Bakıda külək həyəcanı: Avqustun 16-da sarı və narıncı xəbərdarlıqlar!
Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə avqustun 16-da güclü külək gözlənilir. Bu səbəbdən hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlıq çərçivəsində şimal-qərb küləyinin əsəcəyini bildirib. Küləyin sürəti 13.9-20.7 m/san arasında dəyişəcək. Eyni zamanda, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda da şərq küləyi əsəcək.
Goranboy, Naftalan və Daşkəsən bölgələrində isə narıncı xəbərdarlıq verilib. Bu ərazilərdə küləyin sürəti 20.8-28.4 m/san-dək çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026