30.08.2026 - 11:43
Ölkə 17 baxış

Bakıda külək gücləndi, dağlarda leysan yağdı

Avqustun 30-da səhər saatlarına olan məlumata görə, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar müşahidə olunub, şimşək çaxıb.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntının miqdarı Ağstafada 7 mm, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda isə 1 mm-dək qeydə alınıb. Şimal-qərb küləyi bəzi yerlərdə güclənib, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 17 m/s, Culfa və Neftçalada 20 m/s, Naftalan, Tərtər və Naxçıvanda isə 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: