Bakıda köhnə binaların kütləvi söküntüsünə başlanacaq?
Ötən həftədən başlayaraq paytaxtın bir çox ərazilərində kütləvi söküntü işlərinin aparılacağı ilə bağlı xəbərlər yayılır.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərəzliyev sözügedən prosesin uzun illər davam edəcəyini deyib:
“Bir beşmərtəbəli yaşayış binasının sökülərək yerində yeni çoxmənzilli yaşayış binasının tikilməsi təxminən 2,5 – 3 il zaman alır. Hazırda paytaxt ərazisində 11 000 ə qədər istismar müddətini bitirmiş coxmənzilli yaşayış binası var. Eyni zamanda sökülməli olan coxsaylı fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Bu qədər binaların sökülərək yenidən tikilməsi onilliklər tələb edir”.
Ekspert kütləvi söküntülərin aparılmasına əngəl olan faktorlardan da danışıb:
“Nəzərə almaq lazımdır ki söküntü və tikinti proseslərini dövlət qurumları deyil, özəl şirkətlər aparır. Tikinti şirkətlərinə tikdikləri binalardakı mənzilləri satmaq üçün münbit bazar şəraiti yaradılmadıqca kütləvi söküntülərdən söhbət belə gedə bilməz. Əlavə olaraq, Bakının baş planı hazır olmadan bu cür kütləvi söküntülərə start vermək təbii ki, paytaxtı mövcud vəziyyətindən daha da acınacaqlı vəziyyətə salmaqdan başqa bir şey olmayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putinə meydan oxudu: "Rusiyanı məğlub edəcəm"
“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın ailəsindən - Videoreportaj
Bu gündən məktəbəhazırlıq qruplarında qış tətili başlayır
"Modern Hospital"da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü (FOTO)
İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
Dilqəm və Şahbazla bağlı xoş xəbər