22.08.2026 - 13:40
Ölkə 61 baxış

Bakıda istilər artır: 40 dərəcə yaxınlaşır!

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyinin əsəcəyi bildirilir.

Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 23-26° isti, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60% arasında dəyişəcək.

Azərbaycanın digər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək. Gecə saatlarında havanın temperaturu 22-27° isti, gündüz isə 35-38°, bəzi yerlərdə isə 40°-dək yüksələcək. Dağlıq ərazilərdə isə gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: