Bakıda isti, rayonlarda leysan sürprizi: Havadan nə gözləməli?
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Gecə saatlarında havanın temperaturu 23-26° isti, gündüz isə 31-36° isti olacaq. Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında hava şəraiti dəyişkən olacaq. Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə qısamüddətli leysan xarakterli yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Dağlıq və dağətəyi rayonlarda yağıntılar daha intensiv və güclü olacaq. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026