Bakıda hava yağmursuz, rayonlarda leysan ehtimalı
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 22-26° isti, gündüz isə 29-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-60% arasında dəyişəcək.
Azərbaycanın digər rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gün ərzində qısamüddətli leysan xarakterli yağışlar və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda isə gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026