Ötən gündən başlayan güclü külək Bakıda üç ağacı aşırıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, səkkiz ağacın budaqları sınıb:

“Ağacların budaqlarının sınması halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında daha çox müşahidə olunub”.

O qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Həm külək, həm də yağış müşahidə olunur. Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında saxlamasınlar”.