Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
ƏLAQƏLİ
Bunu da oxu
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
13.08.2026 - 12:11
Qeyd edək, sözügedən ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.
İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.


