Bakıda 38, rayonlarda 40 dərəcə isti gözlənilir
Avqustun 24-də Bakıda və Azərbaycanın rayonlarında isti hava şəraiti gözlənilir. Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə temperatur 22-25° isti, gündüz isə 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununa bərabər olacaq, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.
Minval.info xəbər verir ki, Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək. Gecə temperatur 20-25° isti, gündüz isə 35-38°, bəzi yerlərdə isə 40°-dək isti olacaq. Dağlıq ərazilərdə gecə 14-19° isti, gündüz isə 23-28° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş qazandı
Sabah - Hapoel oyununu rumıniyalı hakimlər idarə edəcək
Ət qiymətləri niyə ucuzlaşmır? - Ekspert rəyi
Avtomobilinizi günəşdən necə qoruya bilərsiniz?
Gürcüstan-Özbəkistan yük daşımalarında rəqəmsal inqilab
ABŞ immiqrant vizalarını bərpa edir: Azərbaycan da siyahıda!
Dializ xəstələri virusa yoluxdu: Sabunçuda araşdırma aparılır