27.09.2026 - 13:07
Bakı və rayonlarda sabah hava proqnozu açıqlandı
Ölkə 27 baxış

Bakı və rayonlarda sabah hava proqnozu açıqlandı

Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb. Havanın temperaturunun gecə saatlarında 18-20° C, gündüz isə 26-29° C arasında dəyişəcəyi gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 60-70%, gündüz 45-55% olacaq.

Ölkənin digər rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı bildirilir. Lakin axşam saatlarından başlayaraq dağlıq ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə qısamüddətli leysan və şimşək gözlənilir. Həmçinin dolu düşmə ehtimalı da var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.

Rayonlarda gecə saatlarında havanın temperaturu 15-20° C, gündüz 26-31° C arasında olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12° C, gündüz 15-20° C arasında dəyişəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: