“Bakı pryaniki”nin istehsal olunduğu müəssisə BAĞLANDI - FOTO

Sabunçu rayonunda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsi aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?