Bu gün sosial şəbəkələrdə Bakı metrosunun bazar günü fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumat yayılıb.


“Minval.info” xəbər verir ki, “Bakı Metropoliteninin” mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov yayılan xəbərlərin doğru olmadığını bildirib: “Metronun fəaliyyətinin nə zaman bərpa olunacağı ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Biz onlarla sıx işləyirik”.