Son zamanlarda Bərdə rayon sakinləri zibil tullantılarının yol xəttinə və küçələrə tökülməsindən narazıdırlar.

Bərdə rayonu Bahadır Hacıyev  küçəsi, Üzeyir Hacıbəyov  küçəsi, Təbriz küçəsi , Heydər Əliyev pr., Sabir küçəsi zibil tullantıları səbəbindən bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, tullantılar üfunət qoxusu verir, həşaratlar ətrafına yığılır və bu tullantılar əsl xəstəlik mənbəyidir. Virusun yayıldığı dövrdə bu hal olduqca təhlükəlidir.
Ərazidə zibil qutularının olmaması bölgədəki vəziyyəti daha da gərginləşdirir.

Bərdə rayonu kimi gözəl bölgəni bu cür acınacaqlı vəziyyətdə görmək üzücüdür.
Rayon sakinlərinin əlaqəli qurumlara müraciət etməsinə baxmayaraq  hələ də problemə həll edilməyib.
Bununla əlaqədar olaraq Bərdə rayon İcra nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən olmadı.

Görünən odur ki, icra hakimiyyətinin başı daha “ciddi” işlərə qarışıb. Kiçik bir məsələni həll edə bilməyən rayonun aidiyyatı qurumları sakinlər arasında narazılığın yaranmasına səbəb olur.

İcra başçısının villasının yerləşdiyi ərazi hər gün təmizlənsə də, rayonun digər küçələri bərbad haldadır.
Özünü vətəndaşlardan üstün tutan Vidadi İsayevin deyəsən rayona nəzarət etmək yadından çıxıb, ya da başı yamanca qarışıqdır.

Rayon sakinlərini narazı salan, onları dinləməyən, problemləri ilə məşğul olmayan icra başçılarının aqibəti bəllidir…

Mövzunu davam etdirəcəyik.

 

 

 

 

 

 

 

 

Minval.info

Ləman Rüfətqızı